Bakı. Trend:
Finlandiya hüquq-mühafizə orqanları Sent-Vinsent və Qrenadin bayrağı altında üzən Fitburq yük gəmisini kabelə zərər vurmaqda şübhəli bilinərək saxlayıb.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi Finlandiya polisinə istinadən xəbər verib.
Məlumata görə, gəmidəki 14 heyət üzvü də saxlanılıb. MarineTraffic məlumatına əsasən, Fitburq Sankt-Peterburqdan yola çıxaraq Hayfaya doğru gedirmiş.
