Bakı. Trend:
1872-ci ildə Amsterdamda tikilmiş Vondelkerk kilsəsində gecə saatlarında baş verən yanğın nəticəsində qüllə, binanın mərkəzi hissəsi və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.
Trend xəbər verir ki, bu barədə “Telegraaf” qəzeti məlumat yayıb.
Bundan əvvəl “NL Times” xəbər portalı Yeni il gecəsi Amsterdamda təxminən 150 illik Vondelkerk kilsəsində yanğın baş verdiyini bildirmişdi.
Məlumata görə, yanğınsöndürənlər alovu saat 11:00 radələrində nəzarət altına alaraq söndürüblər. Küləkli hava şəraiti və kilsənin böyük ölçüləri yanğının söndürülməsini xeyli çətinləşdirib.
Yanğın nəticəsində qüllənin, binanın mərkəzi hissəsinin və dam örtüyünün əhəmiyyətli bir hissəsinin çökməsi qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır.
