...

Fransada Yeni il gecəsi 1 000-dən çox avtomobil yandırılıb

Dünya xəbərləri Materials 2 Yanvar 2026 03:32 (UTC +04:00)
Fransada Yeni il gecəsi 1 000-dən çox avtomobil yandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1 000-i keçib.

Trend xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin yenilənmiş statistikası məlumat yayıb.

Kommünikedə bildirilib ki, “Keçən illə müqayisədə yanğın nəticəsində zərər çəkən nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub: 1 173 avtomobil yanıb, ötən il isə 984 avtomobil yanmışdı”. Səhər saatlarında BFMTV hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla gecə ərzində 813 avtomobilin yandırıldığını bildirib.

Yeni il gecəsi polis əməkdaşlarına bir neçə dəfə xuliqan hücumları baş verib. Hadisələrin əksəriyyəti ölkənin şimal və şərq bölgələrində qeydə alınıb, ən ciddi toqquşmalar Strasburqda baş verib. Buna baxmayaraq, Daxili İşlər Nazirliyi hesab edir ki, bu hadisələr ötən illə müqayisədə daha az ciddi olub.

Ümumilikdə, Yeni il gecəsi polis və jandarmlar 505 nəfəri saxlayıb, onlardan 403-ü nəzarət altına alınıb. Parisdə isə əsasən zorakılıq və vandalizm ittihamı ilə 125 nəfər saxlanılıb, onlardan 75-i həbs edilib.

Xəbər lenti

Xəbər lenti