Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaro dekabr ayında əməliyyatdan sonra xəstəxanadan buraxılıb və dövlət çevrilişi işi üzrə cəzasını davam etdirmək üçün Braziliyadakı həbsxanaya qaytarılıb.
Trend xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Həkimlər 70 yaşlı Bolsonaronun vəziyyətini qənaətbəxş hesab ediblər. Qasıq yırtığı əməliyyatından sonra sağalması problemsiz keçib, həmçinin onun xroniki hıçqırıqları dərmanlarla uğurla müalicə olunub.
Daha əvvəl Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezidentin xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi. Şərti azadlıqdan sonra onun həbsxanaya qaytarılması planlaşdırılırdı. Lakin hakim Aleksandr de Morais siyasətçinin vəkillərinin onun həbs cəzasını ev dustaqlığı ilə əvəz etmək barədə vəsatətini rədd etmişdi.
Qeyd edək ki, Bolsonaro dövlət çevrilişinə cəhdə görə həbs cəzası çəkir. 2025-ci ilin sentyabr ayında o, 27 ildən çox müddətə azadlıqdan məhrum edilib.
