Bakı. Trend:
Hazırda bildiyiniz kimi, bu mövzuda həm Rusiya Prezidenti Vladimir Putin, həm Ukrayna Prezidenti Volodimr Zelenski ilə, həm də ABŞ Prezidenti Donald Tramp ilə, eləcə də Avropa ölkələrinin liderləri ilə görüşmələrim davam edir.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.
"Bu həftə Parisdə yenə belə bir zirvə - "Könüllülər Konfransı" adı altında olacaq və mənim adıma ora xarici işlər naziri qatılacaq. Lakin yenə də bazar ertəsi gündüz saat 4-də cənab Tramp ilə bir telefon danışığımız olacaq. Rusiya-Ukrayna arasındakı məsələləri, eyni şəkildə Fələstindəki məsələləri də müzakirə etmək imkanı əldə edəcəyik", - deyə Ərdoğan qeyd edib.