Bakı. Trend:
Raket gücümüz nə müharibə ilə, nə də danışıqlarla məhv edilə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə ölkəsinin dövlət televiziyasına açıqlamasında deyib.
Nazir vurğulayıb ki, İranda heç kim raketlərlə bağlı məsələlərdə danışıqları dəstəkləmir.
Bildirilib ki, İranın ballistik raket proqramı, ölkənin milli təhlükəsizlik quruluşunun və regional güc strateqiyasının ən kritik, ən dinamik və beynəlxalq arenada ən çox müzakirə edilən tərkib hissələrindən biridir.
