Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın İrandakı etirazçılara "Amerika yardımı" ilə bağlı açıqlamalarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.
Trend-in məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilib.
Nazirlik qeyd edib ki, bu cür "məsuliyyətsiz mövqe" "Amerikanın İran xalqına qarşı qorxutma və qanunsuz yanaşmasının davamıdır", "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələrin milli suverenliyinə hörmətlə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulmasıdır" və "İran vətəndaşlarına qarşı zorakılığa və terrorizmə təhrik" kimi qiymətləndirilir.
İran XİN BMT Təhlükəsizlik Şurasının və təşkilatın Baş katibinin beynəlxalq sülhü və təhlükəsizliyi ABŞ-nin "hərbi birtərəfliliyindən" qorumaq öhdəliyini xatırlayıb.