...

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb

Dünya xəbərləri Materials 3 Yanvar 2026 12:42 (UTC +04:00)
ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesuela üzrə diplomatik missiyasının bəyanatında deyilir.

“Yüksək qanunsuz saxlanılma riski, həbs yerlərində işgəncələr, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və səhiyyə infrastrukturunun zəif inkişafı səbəbindən Venesuelaya səfər etməyin və orada qalmayın”, – müraciətdə deyilir.

Qeyd edək ki, yanvarın 3-də Karakas şəhərində silsilə partlayışlar baş verib. Yerli sakinlər şəhər üzərindən ABŞ-yə məxsus hərbi təyyarələrin və helikopterlərin uçduğunu iddia edir. Vaşinqton hələlik hadisə ilə bağlı rəsmi bəyanat yaymayıb. Venesuela prezidenti Nikolas Maduro yaranmış vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti