Bakı. Trend:
Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlı bəyanat verib.
Trend bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Venesuela Bolivar Respublikası ABŞ-nin hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və əhalisinə qarşı həyata keçirilən hərbi təcavüzü qətiyyətlə rədd edir, pisləyir və beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarır. Həmlələr şəhərin mülki və hərbi obyektlərinə - Respublikanın paytaxtı Karakas şəhərinə, eləcə də Miranda, Araqua və La-Quaira ştatlarına endirilib.
Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən də dövlətlərin suverenliyinə hörmət, hüquqi bərabərlik və zorakılığın qadağan olunması prinsiplərini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə təcavüz beynəlxalq sülh və sabitlik üçün, xüsusilə Latın Amerikası və Karib hövzəsində, ciddi təhlükə yaradır və milyonlarla insanın həyatını ciddi risk altına qoyur”,- bəyanatda qeyd olunur.
Venesuela Xarici İşlər Nazirliyi hesab edir ki, bu hücumun məqsədi ölkənin strateji resurslarını, əsasən neft və faydalı qazıntıları ələ keçirmək və ölkənin siyasi müstəqilliyini zorla sarsıtmaqdır.
