...

Avropanın əsas aeroportlarında uçuşların çoxu ləğv edilib

Dünya xəbərləri Materials 6 Yanvar 2026 08:02 (UTC +04:00)
Avropanın əsas aeroportlarında uçuşların çoxu ləğv edilib

Bakı. Trend:

Avropanın əsas aeroportlarında uçuşların çoxu ləğv edilib, ya da vaxtı dəyişdirilib. Bir neçə ölkədə yağan intensiv qara görə yollarda hərəkət iflic olub.

Trend xəbər verir ki, Britaniyanın bəzi ərazilərində qarın hündürlüyü 52 santimetrə çatır. Oxşar vəziyyət Niderland və Fransada da müşahidə olunur.

Avropanın bir neçə ölkəsində magistralların buz bağlaması nəticəsində yollarda hərəkət çətinləşib. Niderland, Fransa və Britaniya arasında qatar əlaqəsi kəsilib.

Meteoroloqlar qarın yaxın bir neçə gün ərzində davam edəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti