...

Çexiyada hepatit A-dan ölüm halları kəskin artıb

Dünya xəbərləri Materials 6 Yanvar 2026 23:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada 2025-ci ildə hepatit A virusu 36 nəfərin ölümünə səbəb olub.

Trend “Czech Radio”ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Səhiyyə İnstitutunun hesabatında yer alıb.

Bildirilib ki, hepatit A-dan ölənlərdən 30-u kişi, altısı isə yaşı 35-dən 82-yə qədər olan qadınlardır. 2025-ci il ərzində ölkə üzrə hepatit A-ya yoluxanların ümumi sayı 3255 nəfər təşkil edib.

Müqayisə üçün qeyd olunub ki, 2024-cü ildə Çexiyada hepatit A-dan cəmi iki ölüm halı qeydə alınıb.

Məlumata görə, hepatit A virusu yoluxmaya davamlıdır və inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəlik əksər hallarda simptomlar olmadan keçir və yalnız həkim tərəfindən təyin olunan laborator testlər vasitəsilə aşkar edilir.

Xəbər lenti

Xəbər lenti