...

Venesuela ABŞ-yə 30-50 milyon barel neft verəcək (FOTO)

Dünya xəbərləri Materials 7 Yanvar 2026 11:00 (UTC +04:00)
Venesuela ABŞ-yə 30-50 milyon barel neft verəcək (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela hakimiyyəti ABŞ-yə 30–50 milyon barel neft təhvil verəcək və bu neftin satışından əldə olunan gəlirlər Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti öz "Truth Social" hesabında yazıb.

“Məmnuniyyətlə bildirirəm ki, Venesueladakı Müvəqqəti Hakimiyyət orqanları ABŞ-yə 30–50 milyon barel yüksək keyfiyyətli neft ötürəcək. Bu neft bazarının qiymətləri əsasında satılacaq. Əldə olunan vəsaitin Venesuela xalqının və Amerika Birləşmiş Ştatlarının maraqlarına xidmət etməsinə ABŞ Prezidenti olaraq mən nəzarət edəcəm”,-deyə Tramp yazıb

O qeyd edib ki, bu planın icrası ABŞ-nin energetika naziri Kris Rayta tapşırılıb.

“Mən energetika naziri Kris Rayta bu planın dərhal icrasını tapşırmışam. Neft tankerlərlə daşınacaq və birbaşa ABŞ-də yükboşaltma limanlarına çatdırılacaq. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”,- deyə Tramp yekunlaşdırıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbələr endirib və ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək Nyu-Yorka aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti