...

Polşa öz ərazisində "könüllüləri koalisiyası" qüvvələrinin yerləşdirilməsinə qarşı deyil

Dünya xəbərləri Materials 8 Yanvar 2026 02:57 (UTC +04:00)

Bakı. Trend:

Polşa Ukraynanın təhlükəsizlik zəmanətlərini təmin etmək üçün öz ərazisində "könüllülər koalisiyası"ı ölkələrindən olan qoşunların yerləşdirilməsinə qarşı deyil.

Trend-in məlumatına görə, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski Parisdə "Veymar üçbucağı" formatında (Polşa, Almaniya, Fransa) keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Prinsipcə, alman müttəfiqlərimizin Polşada olması yeni bir şey olmayacaq", - deyə R.Sikorski Almaniya kansleri Fridrix Merzin Berlinin Ukraynaya qonşu ölkələrdə kontingent yerləşdirməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Diplomat əlavə edib ki, Varşava Norveç və Fransa da daxil olmaqla digər ölkələrlə qoşunlarının bir növ "hazırlıq formatlarında" yerləşdirilməsi məsələsini də müzakirə edir.

Xəbər lenti

Xəbər lenti