Bakı. Trend:
Minneapolisdə ABŞ Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) əməkdaşı bir qadını güllələyərək öldürüb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, İdarə əməkdaşları qadından yolun ortasında dayanıb maşınından düşməsini tələb etdilər.
Maşın irəliləməyə başlayanda zabitlərdən biri sürücüyə atəş açıb. Qadın aldığı yaralardan ölüb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) qadının maşını ICE əməkdaşlarının üzərinə sürməyə cəhd etdiyini və hadisənin özünümüdafiə olduğunu bildirib və sürücünün hərəkətlərini "daxili terrorizm" adlandırıb.