...

Finlandiya piyada əleyhinə minaların qadağası ilə bağlı konvensiyadan çıxıb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 14:49 (UTC +04:00)
Finlandiya piyada əleyhinə minaların qadağası ilə bağlı konvensiyadan çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyada ölkənin piyada əleyhinə minaların istifadəsinin, istehsalının və saxlanmasının qadağan edilməsi ilə bağlı Ottava konvensiyasından çıxması barədə qərar qüvvəyə minib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Daha ölkə öz arsenalında bu növ silahlardan istifadə edə biləcək.

Qeyd edək ki, Finlandiya konvensiyadan çıxmaq qərarını 10 iyul 2025-ci ildə BMT-yə bildirib. Sənədin müddəalarına görə, çıxış belə bildirişdən altı ay sonra qüvvəyə minir.

Bundan əvvəl isə Estoniya, Latviya, Litva və Polşa piyada əleyhinə minaların qadağan edilməsi ilə bağlı Ottava konvensiyasından çıxmaq barədə qərarlarını elan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti