...

Fransada qasırğa səbəbindən 92 min ev hələ də işıqsızdır

Dünya xəbərləri Materials 10 Yanvar 2026 15:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 8–9 yanvar tarixlərində başlayan "Goretti" qasırğası səbəbindən on minlərlə evdə elektrik enerjisinin verilməsində problemlər hələ də qalmaqdadır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın elektrik şəbəkəsinin istismarı və texniki xidmətinə cavabdeh olan Enedis qurumunun açıqlamasına görə, qasırğa səbəbilə elektrik enerjisi kəsilən 380 min evin dörddə üçündən çoxunda problem artıq aradan qaldırılıb.

Hazırda Manş, Kalvados, Sen-Maritim, Evr və Orn departamentlərində ümumilikdə 92 min evdə elektrik enerjisinin verilməsi hələ də bərpa olunmayıb. Enedis-in əməkdaşları elektrik təchizatının bütün abonentlər üçün tam şəkildə bərpası istiqamətində işlərini davam etdirir.

Qeyd edək ki, Fransada 8 yanvar gecəsi küləyin sürəti saatda təxminən 200 kilometrə çatıb, ölkənin şimalında yerləşən Normandiya bölgəsinin Qattevil kəndində isə küləyin sürəti 213 kilometr/saat olaraq qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti