...

G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığı azaltmaq barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 13 Yanvar 2026 05:42 (UTC +04:00)

Bakı. Trend:

"Yeddilik Qrupu" (G7) ölkələri nadir torpaq mineralları üçün Çindən asılılıqlarını azaltmaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Satsuki Katayama "G7" maliyyə nazirləri arasında keçirilən danışıqlardan sonra bildirib.

Bundan əlavə, S.Katayamanın Çinin Yaponiyaya ikili təyinatlı malların ixracına tətbiq etdiyi embarqo ilə bağlı Tokionun mövqeyini həmkarlarına açıqladığı qeyd olunub.

Qeyd edək ki, Çin Kommersiya Nazirliyi elan edib ki, embarqo yanvarın 6-da "hərbi məqsədlər və hərbi gücün gücləndirilməsinə töhfə verən digər məqsədlər üçün" ikili təyinatlı malların tədarükünə tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti