...

Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul oluna bilər

Dünya xəbərləri Materials 13 Yanvar 2026 13:03 (UTC +04:00)
Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul oluna bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Ittifaqının Rusiya əleyhinə yeni sanksiyalar paketi artıq fevral ayının sonlarında razılaşdırılıa bilər. Yeni məhdudlaşdırıcı ölçülərə Rusiyaya dəbdəbəli malların tədarükünün tam qadağan edilməsi daxil edilə bilər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Euractive” nəşrinin adıçəkilməyən Avropalı diplomata istinadən yazdığına görə, Aİ-nin sayca 20-ci sanksiyalar paketinin fevralın 24-də qəbul olunacağı gözlənilir.

Məlumata əsasən, Finlandiya və İsveç hökumətləri Avropa Komissiyasını Rusiyaya lüks əşyaların ixracını daha sərt məhdudlaşdırmağa, rus neft tankerlərinə xidmət göstərilməsini qanunsuz saymağa və Rusiya gübrələrinin Avropa İttifaqına idxal kvotalarını azaltmağa çağırıb.

“300 avrodan baha olan lüks əşyaların ixracı artıq qadağan olunub, lakin mövcud sxemlər sayəsində bir çox belə məhsullar yenə də Rusiyada satılır”,- deyə nəşr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti