...

Tramp İranı “yer üzündən silməklə” hədələdi

Dünya xəbərləri Materials 21 Yanvar 2026 11:39 (UTC +04:00)
Tramp İranı “yer üzündən silməklə” hədələdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrandan onun həyatına hər hansı qəsd ediləcəyi təqdirdə bunun ağır fəsadlarının olacağından danışıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mən dəqiq göstərişlər vermişəm. Nə isə baş versə, onları yer üzündən siləcəklər”, - deyə Tramp “ News Nation” telekanalına verdiyi müsahibədə deyib.

Xatırladaq ki, müsahibədən bir müddət əvvəl iranlı general Abülfəzl Şekarçi Vaşinqtonun Ayətullah Əli Xameneyiyə hücum edəcəyi təqdirdə ABŞ-yə cavab zərbəsi ilə hədələmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti