...

Avropa İttifaqı bu tarixdə növbədənkənar zirvə toplantısı keçirəcək

Dünya xəbərləri Materials 21 Yanvar 2026 13:24 (UTC +04:00)
Avropa İttifaqı bu tarixdə növbədənkənar zirvə toplantısı keçirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Avropanın iqtisadi problemlərinin müzakirəsi üçün fevralın 12-ə növbəti növbədənkənar zirvə-toplantısı elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mövcud geosiyasi şəraitdə Avropa İttifaqının vahid bazırının bütün potensialından ən yaxşı şəkildə istifadənin yollarını müzakirə etmək məqsədilə, Avropa liderlərini 12 fevral tarixində strateji beyin fırtınası sessiyasına toplayacağam”, – deyə o, Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.

Koştanın sözlərinə görə, bu sammitdə iştirakçılar tərəfindən müzakirə olunacaq mövzular arasında bürokratiyanın azaldılması, Aİ-də biznesin inkişafı üçün şərtlərin sadələşdirilməsi, enerji qiymətlərinin aşağı salınması, Avropa İttifaqı daxilində kapital axınının sadələşdirilməsi və sosial şəbəkələr və rəqəmsal məkanın, o cümlədən “rəqəmsal oligarxlara” qarşı tədbirlərin gücləndirilməsi yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti