Bakı. Trend:
Finlandiya tərəfindən Qrenlandiyaya göndərilən rabitə zabitlərinin missiyası başa çatıb və onlar yaxın günlərdə evlərinə qayıdacaqlar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Danimarkanın hərbi müttəfiqlərinə adada “Arctic Endurance” təlimlərində iştirak etmələri üçün səslənməsindən sonra Finlandiya Qrenlandiyaya iki zabit göndərmişdi.
Finlandiyadan əlavə, digər yeddi ölkə də öz hərbçilərini geri qaytarıb. Finlandiya mediasına görə, Almaniya və Niderland nümayəndələri də artıq vətənlərinə dönüblər.
Qrenlandiya Danimarka krallığının tərkib hissəsidir. Lakin ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirib ki, ada ABŞ-nin təhlükəsizliyi məqsədilə dövlətin tərkibinə daxil edilməlidir.
