Bakı. Trend:
Ukraynadakı münaqişənin həlli ilə bağlı proses davam edir və “Ankoric formulu”nun həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ prezidenti Donald Trampın tərəflərin Ukraynadakı münaqişənin sona çatmasına yaxınlaşması ilə bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.
Kremlin nümayəndəsi qeyd edib ki, işlər davam edir və müəyyən irəliləyiş var, hazırda isə Ankoricdə razılaşdırılmış mexanizmin tətbiqi əsas məsələdir.