Bakı. Trend:
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində terrorçu-kamikadzenin həyata keçirdiyi partlayış nəticəsində ən azı beş nəfər həyatını itirib, 10 nəfər isə xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri yerli hakimiyyət strukturlarına istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə yerli icma rəhbərlərindən birinin evində təşkil olunan toy mərasimi zamanı baş verib. Terrorçu partlayıcı qurğunu mərasim zamanı işə salıb.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.