...

Gürcüstanın ixracı kəskin artdı

Dünya xəbərləri Materials 24 Yanvar 2026 03:51 (UTC +04:00)
Gürcüstanın ixracı kəskin artdı

Bakı. Trend:

Ötən 2025-ci ildə Gürcüstanın ixracında 11,2 faiz artım qeydə alınıb və onun həcmi rekord həddə çataraq 7 milyard 291,2 milyon dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze məlumat verib.

Vaxtanq Tsintsadzenin sözlərinə görə, ticarət dövriyyəsində də rekord səviyyədə - 10,1 faiz artım qeydə alınıb və xarici ticarətin həcmi 25 milyard 820,9 milyon dollar təşkil edib.

Nazir müavini, həmçinin yerli ixracın həcminin 12,5 faiz artdığını və onun məbləğinin 3 milyard 367,4 milyon dollar olduğunu vurğulayıb.

“Yerli ixracın bu artımı bizim üçün xüsusilə vacibdir. Çünki bu, Gürcüstan məhsullarının beynəlxalq bazarlarda nə qədər rəqabətədavamlı olduğunu göstərir. 2025-ci ilin dekabr ayında ixrac 22,5 faiz artaraq 673,2 milyon dollara, daxili ixrac isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 58,1 faiz artaraq 368 milyon dollara çatıb”, - deyə Tsitsnadze qeyd edib.

Xəbər lenti

Xəbər lenti