...

Ukraynada 1 milyondan çox insan işıqsız qalıb

Dünya xəbərləri Materials 24 Yanvar 2026 14:13 (UTC +04:00)
Ukraynada 1 milyondan çox insan işıqsız qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Kiyev və Çernikov vilayətlərindən 1,2 milyondan çox insan işıqsız qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini Aleksey Kuleba öz “Telegram” kanalında məlumat yayıb.

“Kiyedə 800 mindən çox abunəçi elektrik təchizatından məhrum olub. Çernikovda isə 400 min istehlakçı işıqsız qalıb”, - deyə o yazıb.

Bundan əvvəl Ukraynanın “DTEK” elektrik enerjisi holdinqinin rəhbəri Maksim Timçenko ölkədə enerji ilə bağlı vəziyyətin faciəvi olduğunu dilə gətirmişdi. Onun sözlərinə görə, abunəçilər gün ərzində 2-3 saat elektrik enerjisi ilə təchiz olunur, sonra isə 10-15 saat ərzində işıqsız qalırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti