Bakı. Trend:
Fransanın Baş naziri Sebastyan Lekornu hökumətin tərkibində yenidənqurma aparmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "La Tribune Dimanche" qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən bildirib.
"Baş nazir dövlət büdcəsinin yekun təsdiqindən sonra hökumətin tərkibində dəyişikliklər edilməsi barədə Prezidentə təklif vermək niyyətindədir", - deyə bildirilib.
Paris meri vəzifəsi uğrunda mübarizəyə diqqət yetirmək üçün hökumətdən ayrılmaq niyyətini açıqlayan mədəniyyət naziri Rəşidə Dati ilə yanaşı, regional seçkilərdə iştirak edəcək idman, gənclər və icma işləri naziri Marina Ferrari və kənd işləri üzrə nazir-nümayəndə Mişel Furnye də kabinetdən ayrıla bilər.