...

Uitkoff gələn həftə BƏƏ-də danışıqları davam etdirmək planlarını təsdiqlədi

Dünya xəbərləri Materials 25 Yanvar 2026 01:25 (UTC +04:00)
Uitkoff gələn həftə BƏƏ-də danışıqları davam etdirmək planlarını təsdiqlədi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.

"Cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya BƏƏ-nin ev sahibliyi ilə üçtərəfli görüş keçiriblər. Danışıqlar çox konstruktiv keçib və müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılıb", - deyə S.Uitkoff bildirib.

O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə "son qoymaqda" qərarlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti