Bakı. Trend:
Çində üzərinə tüfəng quraşdırılan eksperimental pilotsuz uçuş aparatının uçuş sınaqları həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) qəzetində dərc olunan tədqiqat materialında məlumat verilib.
Bildirilib ki, sınaqlar zamanı PUA hədəfdən 100 metr uzaqlıqda 20 dəfə ardıcıl olmayan atəş açıb və bütün atışlar yüksək dəqiqliklə hədəfə dəyib. 50 metr məsafədə aparılan daha qısa test zamanı isə 20 atəşdən 19-u dəqiq nəticə göstərib. Dronu istehsal edən Wuhan Guide Infrared şirkətinin baş mühəndisi Szyan Huaszyan bunun səbəbini bir mərminin texniki qüsuru ilə əlaqələndirib.
Qeyd edilib ki, xüsusi hazırlanmış və ya dəyişdirilmiş silahlardan istifadə edən əvvəlki PUA-lardan fərqli olaraq, bu dronun gövdəsinə standart piyada tüfəngi inteqrasiya olunub.