Bakı. Trend:
ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirən insanların sayı 51 nəfərə çatıb.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennesi və Texas ştatlarında qeydə alınıb. Nyu-Yorkda 10 nəfər küçədə donvurmadan ölüb. Bundan əvvəl rəsmi itki sayının 42 olduğu qeyd olunurdu.
09:55
xxx
ABŞ-də güclü qar fırtınası nəticəsində ölənlərin sayı 42-yə çatıb.
Trend xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Məlumata görə, ölkə üzrə uçuşların təxminən 25 faizi təxirə salınıb. Bazar günü gecikən reyslərin sayı 11 minə çatıb ki, bu da pandemiyadan bu yana ən yüksək göstərici hesab olunur.
Eyni zamanda, yarım milyon insan hələ də elektrik enerjisiz qalır. Bildirilir ki, ölkədə bir sıra federal qurumların fəaliyyəti də müvəqqəti dayandırılıb.
