...

Çində Nipah virusuna qarşı potensial dərman hazırlandı

Dünya xəbərləri Materials 28 Yanvar 2026 13:12 (UTC +04:00)
Çində Nipah virusuna qarşı potensial dərman hazırlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çində hazırlanmış COVID-19-a qarşı preparat Nipah virusuna qarşı mübarizədə də effektiv ola bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti tədqiqat nəticələrinə əsasən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Uhan Virusologiya İnstitutunun mütəxəssisləri əvvəlcə koronavirus infeksiyasının müalicəsi üçün yaradılmış "VV116" adlı antivirus preparatının Nipah virusuna yoluxma zamanı nəzərəçarpacaq terapevtik təsir göstərdiyini müəyyən ediblər. Sınaqlar qızılı hamsterlər (dağ siçanları) üzərində aparılıb.

Tədqiqatçıların məlumatına görə, "VV116"nın ağızdan qəbulu laboratoriya heyvanlarının sağqalma səviyyəsini 66,7%-ə yüksəldib, eyni zamanda infeksiyanın əsas hədəf orqanları hesab olunan ağciyərlərdə, dalaqda və baş beyində virus yükünü əhəmiyyətli dərəcədə azaldıb.

Çinli virusoloqlar bildirirlər ki, əldə edilən nəticələr ilk dəfə olaraq preparatın Nipah virusuna qarşı terapevtik potensialını təsdiqləyir. Onların qiymətləndirməsinə əsasən, dərman həm yüksək risk qrupları - o cümlədən tibb işçiləri və laboratoriya əməkdaşları üçün profilaktik vasitə kimi, həm də mövcud və mümkün gələcək xəstəlik ocaqları zamanı əlçatan müalicə preparatı kimi istifadə oluna bilər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti