Bakı. Trend:
ABŞ İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir.
Trend xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, belə bir addım potensial hücumun qabaqlanmasına xidmət edə bilər, lakin bunun mütləq baş verəcəyi demək deyil.
Rubio vurğulayıb ki, Vaşinqton hazırda İrana fokuslanmaqla Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir. “İndi ABŞ-ın regionda qüvvələr yerləşdirməklə şəxsi heyətimizi mümkün İran təhdidlərindən qorumaq qabiliyyətini görürsünüz”, - deyə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.
