...

ABŞ-də əlverişsiz hava səbəbindən ölənlərin sayı 73-ə çatdı

Dünya xəbərləri Materials 29 Yanvar 2026 12:42 (UTC +04:00)
ABŞ-də əlverişsiz hava səbəbindən ölənlərin sayı 73-ə çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də qar çovğunu səbəbindən həyatını itirən insanların sayı 73 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, çovğunun birbaşa təsiri nəticəsində azı 49 nəfər həyatını itirib. Müxtəlif ştatlardan hava ilə potensial əlaqəli daha 24 ölüm halı barədə məlumatlar daxil olub. Ölüm səbəbləri sırasında hipotermiya (bədənin həddindən artıq soyuması), yol-nəqliyyat hadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanı baş verən ürək tutmaları göstərilir.

“NBC News” telekanalının məlumatına əsasən, həlak olanlar Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennessi və Texas ştatlarında qeydə alınıb.

Qeyri-sabit hava ABŞ-də 200 milyondan çox sakinin güzəranına təsir göstərib, bəzi bölgələrdə qar örtüyünün qalınlığı 50 sm-dən çox olub. Əlverişsiz hava səbəbindən ötən həftəsonundan etibarən ölkə üzrə on minlərlə aviareys ləğv edilib

“PowerOutage” monitorinq resursunun məlumatına görə, hazırda təxminən 300 min istehlakçı hələ də elektrik enerjisindən məhrumdur. Onların əksəriyyəti ölkənin cənub-şərqində yerləşən Tennessi və Missisipi ştatlarında yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti