...

Tokioda içərisində 2,7 milyon dollar olan üç çamadan oğurlandı

Dünya xəbərləri Materials 30 Yanvar 2026 07:17 (UTC +04:00)

Bakı. Trend:

Oğurluq hadisəsi ötən gün axşam Yaponiyanın digər yerləri kimi, cinayətkarlıq səviyyəsinin aşağı olması ilə tanınan Tokioda baş verib.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, içində 420 milyon yen (təxminən 2,7 milyon dollar) nağd pul olan üç çamadan oğurlanıb.

İstintaq prosesi zamanı bildirilib ki, işi nağd pul daşımaqla bağlı olan beş Yaponiya və Çin vətəndaşı çamadanları maşına yükləyirdilər. Elə bu zaman üç şəxs onlara yaxınlaşaraq göz yaşartıcı qaza bənzər bir sprey vurub və içində pul olan çamadanları oğurlayıblar.

Bu hadisədən qısa müddət sonra, hadisə yerindən bir qədər aralıda naməlum şəxslər avtomobillə 50 yaşlı piyadanı vurublar, piyada isə ağır xəsarət almayıb. Polis hadisələr arasında əlaqənin müəyyən edilməsi də daxil olmaqla, araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti