...

ABŞ Keniyanın şərqində hərbi aviabazanın uçuş-enmə zolağının genişləndirilməsinə 70 milyon dollar ayırıb

Dünya xəbərləri Materials 30 Yanvar 2026 23:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Keniyanın şərqində, Somali ilə sərhəd yaxınlığında yerləşən hərbi bazanın uçuş-enmə zolağını genişləndirmək üçün 70 milyon dollarlıq layihəyə start verib.

Trend xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, Manda-Bey aviabazası Keniya Silahlı Qüvvələrinə məxsusdur, lakin uzun müddətdir Amerika qoşunları tərəfindən istifadə olunur. Aviabaza Somalidə fəaliyyət göstərən islamçı “Əş-Şəbab” qruplaşmasına qarşı mübarizədə strateji əhəmiyyətə malikdir.

Uçuş-enmə zolağının genişləndirilməsi ilə bağlı təməlqoyma mərasimində Keniyanın xarici işlər naziri Musaliya Mudavadi və ABŞ dövlət katibinin müavini Kristofer Landau iştirak ediblər.

Keniyalı nazirin X sosial şəbəkəsində paylaşdığı məlumata görə, layihə iki ölkənin “Afrika Buynuzunda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və terrorizmə qarşı mübarizənin təmin edilməsi” istiqamətində birgə səylərinin tərkib hissəsidir. Kristofer Landau isə bildirib ki, “bu addım potensial düşmənlərə çox güclü bir siqnal göndərir”.

Xəbər lenti

Xəbər lenti