Bakı. Trend:
Məşhur “Evdə tək” filmindən tamaşaçılara yaxşı tanış olan aktrisa Ketrin O’Hara 72 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.
Məlumata görə, aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ketrin O’Hara aktyorluq karyerasına 1974-cü ildə Kanadanın Toronto şəhərində yerləşən “The Second City” teatrında başlayıb. O, geniş tanınmasını Tim Börtonun 1988-ci ildə çəkdiyi “Beetlejuice” filmində Deliya Dits rolu, eləcə də “Evdə tək” filmində Makoley Kalkinin canlandırdığı Kevin obrazının anası rolu ilə qazanıb.
