...

Braziliyada 13 yaşlı yeniyetmə köpək balığı hücumu nəticəsində ölüb

Dünya xəbərləri Materials 31 Yanvar 2026 01:38 (UTC +04:00)
Braziliyada 13 yaşlı yeniyetmə köpək balığı hücumu nəticəsində ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın Olinda şəhərində yerləşən çimərlikdə 13 yaşlı yeniyetmə köpək balığının hücumuna məruz qalaraq həyatını itirib.

Trend xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb.

Məlumata görə, yeniyetmə dənizdə dostları ilə oynayarkən köpək balığı ona hücum edərək sağ budunun arxa hissəsindən dişləyib. O, çoxlu qan itirdiyindən xəstəxanaya heç bir həyat əlaməti olmadan çatdırılıb.

Qeyd olunur ki, hadisənin baş verdiyi ərazi köpək balığı hücumları ilə tanınır. Bu insident Pernambuku ştatında köpək balığı hücumları nəticəsində həlak olanların sayını 27-yə çatdırıb.

Xəbər lenti

Xəbər lenti