...

ABŞ Epşteyn işi ilə bağlı minlərlə video və fotoşəkli açıqlayacaq

Dünya xəbərləri Materials 31 Yanvar 2026 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı əlavə sənədləri ictimaiyyətə açıqlamağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ABŞ Baş prokurorunun müavini Todd Blanş məlumat verib.

CNBC-nin məlumatına görə, Blanş mətbuat konfransında nazirliyin cümə günü təxminən 2 min video və 180 min fotoşəkil yayımlayacağını bildirib.

O qeyd edib ki, bu qərar Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bütün federal materialların dekabrın 19-dək açıqlanmasını nəzərdə tutan qanunun icra edilməməsi ilə bağlı tənqidlər fonunda qəbul olunub.

Todd Blanşin sözlərinə görə, hazırda 500-dən çox vəkil və Ədliyyə Nazirliyinin digər əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq hansı materialların açıqlanmalı olduğunu müəyyənləşdirmək məqsədilə Epşteynə aid sənədləri nəzərdən keçirirlər.

Xəbər lenti

Xəbər lenti