Bakı. Trend:
ABŞ-nin Luiziana ştatında həbsxanadan səkkiz nəfər qaçıb. Qaçanların hamısı ağır cinayətlərdə təqsirli bilinib.
Trend xəbər verir ki, bu barədə Fox 8 telekanalı məlumat yayıb.
Məlumata görə, qaçan məhbuslardan üçü saxlanılaraq yenidən nəzarətə götürülüb. Yaşları 19 ilə 25 arasında olan daha beş nəfər isə hələ də azadlıqdadır.
Ştatın Baş prokuroru Liz Merrill vəziyyəti yaxından izlədiyini və məsələ ilə bağlı yerli şeriflə əlaqə saxladığını bildirib.
