...

Ukrayna ABŞ-dan planlaşdırılan görüşlər barədə aydın mövqe gözləyir - Zelenski

Dünya xəbərləri Materials 1 Fevral 2026 05:37 (UTC +04:00)
Ukrayna ABŞ-dan planlaşdırılan görüşlər barədə aydın mövqe gözləyir - Zelenski

Bakı. Trend:

Ukrayna ABŞ tərəfinin gələcək təmaslarla bağlı konkret məlumat təqdim etməsini gözləyir və qarşıdakı həftə nəzərdə tutulan görüşlərə böyük ümid bəsləyir.

Trend xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.

Onun sözlərinə görə, müdafiə naziri Rustem Umerov gün ərzində müvafiq məlumat verib: “Biz ABŞ tərəfi ilə daimi əlaqədəyik və onlardan gələcək görüşlərin formatı və məzmunu ilə bağlı konkret təkliflər gözləyirik. Ukrayna bütün mümkün formatlarda işləməyə hazırdır. Əsas məqsəd real nəticələr əldə etmək və görüşlərin baş tutmasını təmin etməkdir. Gələn həftə keçirilməsi planlaşdırılan görüşləri səbirsizliklə gözləyirik və onlara hazırlıq görürük”, – deyə Zelenski bildirib.

Prezident çıxışında görüşlərin dəqiq vaxtı barədə detalları açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti