Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının İranla razılaşma əldə edə biləcəyinə ümid etdiyini bəyan edib.
Trend xəbər verir ki, Amerika lideri bunu Floridada jurnalistlərlə söhbəti zamanı deyib.
“Ümid edirəm ki, biz sövdələşmə bağlayacağıq”, – Tramp vurğulayıb.
Eyni zamanda, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü gəmilərini yerləşdirdiyi qeyd olunub.
Ağ Evin rəhbəri Kuba ilə bağlı vəziyyətə də toxunaraq bildirib: “Biz Kubadakı ən yüksək vəzifəli şəxslərlə danışırıq. Düşünürəm ki, Kuba ilə sövdələşmə bağlayacağıq”. Donald Tramp hansı konkret razılaşmaları nəzərdə tutduğunu açıqlamayıb.
