...

Parisdə Yəhudi məktəbi vandalizmə məruz qalıb

Dünya xəbərləri Materials 2 Fevral 2026 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisin 20-ci dairəsində yerləşən Bet Lubaviç Yəhudi Məktəbi vandalizm hadisəsi ilə üzləşib.

Trend xəbər verir ki, məlumatı “Figaro” qəzetinə Paris Prokurorluğuna istinadla yayıb.

Bildirilir ki, naməlum şəxs(lər) məktəbin pəncərələrini sındırıb, təhlükəsizlik kamerasını qoparıblar və məktəbin məlumat lövhəsini çıxarıb aparıblar. Prokurorluq qeyd edib ki, hadisə oğurluq məqsədilə törədilməyib və binaya daxil olunmayıb.

Daxili İşlər Nazirliyinin statistikasına görə, 2024-cü ildə Fransada 1 570 antisemit xarakterli hadisə qeydə alınıb. 2025-ci ilin ilk 9 ayında isə bu tip hadisələrin sayı 889 təşkil edib.

Xəbər lenti

Xəbər lenti