...

Polşada qış şaxtaları 92 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 2 Fevral 2026 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşada qışın başlanğıcından bəri güclü şaxtalar nəticəsində azı 92 nəfər həlak olub.

Trend xəbər verir ki, məlumatı daxili işlər nazirinin müavini Veslav Şçepanski Təhlükəsizlik üzrə Hökumət Mərkəzində müxtəlif xidmətlərin nümayəndələri ilə keçirilən təcili brifinqdə açıqlayıb.

Şçepanski ölkənin şərqində vəziyyətin xüsusilə ağır ola biləcəyinə diqqət çəkib: “Bu gecə Suvalk şəhərində (Podlyaska voyevodalığı) temperatur mənfi 29 °C-yə qədər enə bilər, hiss olunan temperatur isə mənfi 36 °C-dən mənfi 38 °C-yə qədər olacaq”.

O, əlavə edib ki, qışın başlanğıcından bəri azı 38 nəfər donvurmadan, daha 54 nəfər isə dəm qazından zəhərlənərək ölüb.

Fövqəladə xidmətlər, o cümlədən təxminən 8,6 min polis əməkdaşı, soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmiş binaları, zibil konteynerlərini və kanalizasiya lüklərini yoxlayır. Şəhərlərdə xüsusi çadırlar qurulub, dəmir yolu stansiyaları isə gecə boyu açıq saxlanılır ki, insanlar sığınacaq tapa bilsinlər.

Xəbər lenti

Xəbər lenti