...

Aİ-yə üzv ölkələrin səfirləri XİN-ə çağırılıb – İran rəsmisi

Dünya xəbərləri Materials 2 Fevral 2026 11:38 (UTC +04:00)
Aİ-yə üzv ölkələrin səfirləri XİN-ə çağırılıb – İran rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda diplomatik nümayəndəlikləri olan Avropa İttifaqına üzv ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (2 fevral) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsinə qarşılıq olaraq minimum iş səfirlərin XİN-ə çağırılmasıdır.

Bəqai bildirib ki, hazırda bir sıra addımların atılması nəzərdən keçirilir, bəzi seçimlər hazırlanıb və yekun qərarın verilməsi üzrə aidiyyəti qurumlara göndərilib:

"Qarşıdakı günlərdə Avropa İttifaqının SEPAH-ı terror təşkilatı elan etməsi ilə əlaqədar İranın cavab addımları barədə qərar veriləcək".

Qeyd edək ki, Avropa İttifaqı 29 yanvarda İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb və İranda son etirazlarda amansızlıq göstərməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti