...

Ukraynanın dövlət borcu 213 milyard dollara çatıb

Dünya xəbərləri Materials 3 Fevral 2026 15:55 (UTC +04:00)
Ukraynanın dövlət borcu 213 milyard dollara çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın dövlət borcu 213,3 milyard ABŞ dollarına yüksəlib. Bu 2024-cü ilin sonuna olan göstərici ilə müqayisədə az qala 30 faiz çoxdur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ukraynanın Maliyyə Nazirliyinin məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə ölkənin dövlət və dövlət tərəfindən zəmanət verilmiş borcunun ümumi həcmi 9,042 trilyon qrivna, yaxud 213,3 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 29,5% (dollar ekvivalentində 28,4%) artım anlamına gəlir.

2025-ci ildə Ukraynanın dövlət borcu 47,3 milyard dollar artıb və bu artım əsasən Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən göstərilən maliyyələşdirmə hesabına baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti