Bakı. Trend:
Kolumbiya və ABŞ prezidentləri Qustavo Petro və Donald Tramp 3 fevralda Ağ Evdə keçirilən görüşdə Venesuelanın bərpa strategiyasını və enerji əməkdaşlığı perspektivlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Kolumbiya prezidenti mətbuat konfransı zamanı deyib.
"Biz Venesuelada baş verənlərə sadəcə təəssüflənməkdən deyil, oranın necə bərpa edilməsi barədə müzakirə aparırdıq. Söhbət qonşu Kolumbiyanın köməyi ilə Venesuelanın dirçəlişinin necə görünə biləcəyi ilə bağlıdır. Məsələn, sanksiyaların ləğvi deyilsə, ABŞ-ın bu prosesdə rolu nədir?" - deyə o bildirib.