Bakı. Trend:
ABŞ Nigeriyaya kiçik bir hərbi kontingent göndərib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən xəbər verib.
Bildirilib ki, bu, iki ölkənin Qərbi Afrikada terrorizm təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olan Amerika hərbi qüvvələrinin Nigeriyadakı mövcudluğunun ilk təsdiqi oldu.