Bakı. Trend:
Papua Yeni Qvineyanın şimal-şərqindəki dağlarda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri ölkənin ikinci ən böyük şəhəri olan Laedən 80 km şimal-şərqdə yerləşən Morobe əyalətində olub. Yeraltı təkanların ocağı 74 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.