...

ABŞ-də kommersiya neft ehtiyatları bir həftədə 3,5 milyon barel azalıb

Dünya xəbərləri Materials 4 Fevral 2026 22:30 (UTC +04:00)
ABŞ-də kommersiya neft ehtiyatları bir həftədə 3,5 milyon barel azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 3,5 milyon barel azalaraq 30 yanvar 2026-cı il tarixinə 420,3 milyon barel təşkil edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin bu dövrü üçün beş illik orta göstəricidən 2 faiz aşağıdır.

Bakı vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICE birjasında 2026-cı ilin aprel ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,4 faiz artaraq bir barel üçün 67,6 dollara yüksəlib. Eyni zamanda, mart ayı üçün WTI xam neftin fyuçersləri 0,24 faiz bahalaşaraq bir barel üçün 63,36 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti