Bakı. Trend:
“SpaceX” 2026-cı ildə keçirilməsi planlaşdırılan ilkin kütləvi təklifinə (IPO) hazırlıq məqsədilə xarici bankların nümayəndələri ilə görüşlər keçirib.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, xarici banklar siyahı sindikatında kiçik mövqelər uğrunda rəqabət aparıblar və bankirlərdən öz regionlarındakı mövqelərinin gücünü nümayiş etdirmələri tələb olunub.
Agentliyin məlumatına görə, artıq əldə edilmiş “xAI” startapını da əhatə edən birləşmiş şirkət ilin sonuna qədər ictimaiyyətə açıq olmağı planlaşdırır. İlkin kütləvi təklifin həcminin 50 milyard dollara çatacağı gözlənilir ki, bu da indiyədək qeydə alınmış ən böyük IPO ola bilər.
Qeyd olunur ki, “SpaceX” və “xAI” şirkətlərinin birgə dəyəri 1,25 trilyon dollar səviyyəsində qiymətləndirilir. Artıq “Wall Street”in aparıcı bankları siyahının əsas təşkilatçıları kimi seçilib. Bunlar “Bank of America”, “Goldman Sachs”, “JPMorgan Chase” və “Morgan Stanley”dir.
