...

Tailand–Kamboca sərhəd danışıqları nəticəsiz başa çatdı

Dünya xəbərləri Materials 5 Fevral 2026 04:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand və Kamboca arasında Regional Sərhəd Komitəsinin Trat əyalətində keçirilən görüş fevralın 4-də yekun sənəd qəbul edilmədən başa çatıb.

Trend xəbər verir ki, bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, danışıqlar sərhədboyu təhlükəsizliyin təmin olunması, əlaqə kanallarının saxlanması, gərginliyin azaldılması və davamlı atəşkəs rejiminə riayət edilməsinə yönəlmişdi. Danışıqların gedişini Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) müşahidəçilər qrupu izləyib.

Qeyd edək ki, Kamboca və Tailand Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasının yekunlarına əsasən, 2025-ci il dekabrın 27-də atəşkəs barədə razılığa gəlmişdilər.

Xəbər lenti

Xəbər lenti